English (en-US)

Name

Munavvar Aliyeva

Biography

Azerbaijani (az-AZ)

Name

Münəvvər Əliyeva

Biography

Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.

O,1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət “Yuğ” Dövlət Teatrında aktrisa işləyib.

1994–cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür.

O, teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında Fərəh (“Dindirir əsr bizi”, D.Aslan), Səltənətbəyim (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Cana (“Köhnə ev”, Ə.Əmirli), Sona (“Hələ “sevirəm”deməmişdilər …”, R.Novruz), Selcan (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə), Alagöz (“Afət”, H.Cavid), (“Ölüləri qəbristanlıqda basdırın”, İ.Şıxlı) Həcər, Landa (“Kaş araba aşmayaydı!..” O.İoseliani), lyalya (“ Arılar arasında” Elçin) rollar oynayıb.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A.Rafın “İblis qadın” (İblis qadın), Z.Yaqubun “Didərginlər” (Ruh), A.Məsudun “Cəza” (Katibə) teletamaşalarında oynayıb.

Münəvvər Əliyeva “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sarı gəlin” (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb.

Akademik Milli Dram Teatrında aşağıdakı rolları oynayıb.

Fərəh (“Dindirir əsr bizi”, D.Aslan), Səltənətbəyim (“Hökmdar və qızı”, İ.Əfəndiyev),Cana (“Köhnə ev”, Ə.Əmirli),Sona (“Hələ “sevirəm” deməmişdilər…”, R.Novruz),Selcan (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə),Alagöz (“Afət”, H.Cavid),Həcər (“Ölüləri qəbristanlıqda basdırın”, İ.Şıxlı),Landa (“Kaş araba aşmayaydı!..” O.İoseliani),Lyalya (“Arılar arasında”, Elçin),Antiqona ( “Şah Edip”,Sofokl),Müəllimə (“Qatil”, E. Əfəndiyev),Ziba (“Lənkəran xanın vəziri”,M.F. Axundov),Pamela Kronki (“Qocanı öldürməliyik”, Con Patrik),Yasəmən (“Qaraca qız”, A. Şaiq),Klementina (“Herostratı unudun”,Q. QORİN),Melissa (“Əmir Teymur”,H. Cavid),Röya (“Vəsiyyət”, H. Mirələmov),Dilbər (“Ah, bu uzun sevda yolu”, Ə. Əmirli və s.

Münəvvər Əliyeva Televiziyada da mataqlı obrazlar yaradıb.:

A.Raf “İblis qadın” (İblis qadın),Z.Yaqub “Didərginlər” (Ruh),A.Məsud “Cəza” (Katibə),H. Mirələmov “Yeni Həyat” ,“Sirr” serialı (Zərifə Axundova)

Aktrisanını bədii filmlərdə oynadığı rollar aşağıdakılardır:

Yavər Rzayev “Sarı gəlin” (Sarı gəlin, Erməni qızı və Azəri türkü),Samir Kərimoğlu “Niyyət” (Münəvvər),Yavər Rzayev “İlahi məxluq” (Çobanın həyat yoldaşı),E. Əfəndiyev “Yuva” (Qadın),Ç. Abdullayev “Dronqo”,Əsgər Əli Hacızadə “Mələyin öpüşü” (Tamilla xanım),

Münəvvər Əliyeva 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

You need to be logged in to continue. Click here to login or here to sign up.

Can't find a movie or TV show? Login to create it.

Global

s focus the search bar
p open profile menu
esc close an open window
? open keyboard shortcut window

On media pages

b go back (or to parent when applicable)
e go to edit page

On TV season pages

(right arrow) go to next season
(left arrow) go to previous season

On TV episode pages

(right arrow) go to next episode
(left arrow) go to previous episode

On all image pages

a open add image window

On all edit pages

t open translation selector
ctrl+ s submit form

On discussion pages

n create new discussion
w toggle watching status
p toggle public/private
c toggle close/open
a open activity
r reply to discussion
l go to last reply
ctrl+ enter submit your message
(right arrow) next page
(left arrow) previous page

Settings

Want to rate or add this item to a list?

Login